2021-ci ilin ən yaxşı qapıçısı müəyyənləşib.
YeniAvropa xəbər verir ki, FİFA-nın ilin ən yaxşı qolkiperi adına Edoua Mendi (Seneqal/“Çelsi”) layiq görülüb.
O, qurumun keçirdiyi səsvermədə Canluici Donnarumma (İtaliya/“Milan”/PSJ) və Manuel Noyeri (Almaniya/“Bavariya”) arxada qoyub.
Qeyd edək ki, FİFA-nın “The Best” mükafatlarının təqdimetmə mərasimi İsveçrənin Sürix şəhərində təşkil olunub.