FIFA 2021-ci ilin ən yaxşı futbolçusunu açıqlayıb.
YeniAvropa xəbər verir ki, bu ada Almaniya "Bavariya"sının hücumçusu Robert Levandovski sahib çıxıb. Polşalı forvard ardıcıl ikinci dəfə dünyanın ən yaxşı oyunçusu seçilib.
O, səsvermədə Fransa PSJ-sindən Lionel Messi və İngiltərə "Liverpul"undan Məhəmməd Salahı geridə qoyub.
Ötən il 69 qol vuran Levandovski "Bavariya" ilə Almaniya Bundesliqasının və Kubokunun qalibi olub.
Qeyd edək ki, 2018-ci ildə bu mükafatı "Real Madrid"dən xorvatiyalı Luka Modriç qazanıb. Kriştianu Ronaldu "The Best" mükafatına "kral klubu"nda çıxış etdiyi vaxt - 2016 və 2017-ci illərdə, Messi isə 2019-cu ildə yiyələnib.