Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayev vida matçı keçirəcək.
YeniAvropa xəbər verir ki, bu barədə veteran qolkiper "CBC Sport"da yayımlanan "Bizim futbol" verilişində açıqlama verib.
O, planda belə bir görüşün olduğunu bildirib: "Həm "Səbail", həm də AFFA rəhbərliyi ilə danışmışıq. Belə bir oyun, aarkeşlərlə görüş planlaşdırılıb. Amma vaxtı dəqiq bilinmir".
Qeyd edək ki, Kamran Ağayevin son klubu "Səbail" olub.