logo

Fatih Terim dördüncü dəfə “Qalatasaray”dan istefaya göndərildi

16:16 10-01-2022 | icon 3521
Fatih Terim dördüncü dəfə “Qalatasaray”dan istefaya göndərildi

İstanbulun “Qalatasaray” futbol klubunun rəhbərliyi komandanın son oyunlarda uğursuz çıxış etməsi ilə əlaqədar baş məşqçi Fatih Terim ilə yolları ayırıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, klubun idarə heyətinin təcrübəli mütəxəssisin iştirakı ilə keçirilən iclasında baş məşqçinin istefaya göndərilməsi barədə qərar qəbul olunub.

68 yaşlı Fatih Terim 2017-ci ilin dekabrında “Qalatasaray”ın baş məşqçisi vəzifəsinə təyin olunub. O, daha əvvəl üç dəfə - 1996-2000-ci, 2002-2004-cü, 2011-2013-cü illərdə “cim-bom”a rəhbərlik edib.

Qeyd edək ki, ölkə çempionatında 20 turdan sonra 27 xal toplayan İstanbul təmsilçisi 12-ci sırada qərarlaşıb.