Yanvarın 10-16-da Estoniyanın paytaxtı Tallinndə fiqurlu konkisürmə üzrə Avropa çempionatı keçiriləcək.
YeniAvropa xəbər verir ki, qitə birinciliyində ölkəmizi 4 idmançı təmsil edəcək. Şəxsi yarışlarda Yekaterina Ryabova və Vladimir Litvintsev güclərini sınayacaqlar. Yekaterina Kuznetsova – Aleksandr Kolosovski dueti cütlüklərin yarışında mübarizə aparacaqlar. Cütlüyümü ilk dəfə qitə birinciliyində çıxış edəcək.
Qeyd edək ki, Y.Ryabova və V.Litvintsev ölkəmizi “Pekin-2022” Qış Olimpiya Oyunlarında da təmsil edəcəklər.