Ağdam şəhərində tamaşaçı tutumu 30 min nəfərdən çox olan yeni stadion tikiləcək. Yeni stadion əvvəlki yerində - Pənahəli xanın imarət kompleksində deyil, şəhərin digər daha böyük, geniş infrastruktura malik guşəsində inşa ediləcək.
YeniAvropa xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov məlumat verib.
Onun sözlərinə görə, hazırda burada layihələndirmə işləri gedir.
“Bu idman məhəlləsində tək futbol stadionu deyil, müxtəlif idman yarışları üçün qapalı-açıq idman meydançaları planlaşdırılır. İdman təmayüllü orta məktəbin, Azərbaycanın digər yerlərindən bura gələcək uşaqlar üçün idman yay düşərgəsinin layihələndirilməsi nəzərdə tutulur”, – deyə Emin Hüseynov bildirib.