logo

COVID-19 bəşəriyyət üçün son pandemiya olmayacaq-BMT baş katibi

16:56 27-12-2021 | icon 3052
COVID-19 bəşəriyyət üçün son pandemiya olmayacaq-BMT baş katibi

COVID-19 pandemiyası bəşəriyyət üçün sonuncusu deyil, növbəti pandemiyaya hazırlaşmaq vacibdir.

YeniAvropa xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş dekabrın 27-də qeyd olunan Beynəlxalq epidemiyaya hazırlıq günü münasibətilə özünün tviter səhifəsində bildirib.

“COVID-19 bəşəriyyətin qarşılaşacağı son pandemiya olmayacaq. Biz səhiyyə sahəsində bu böhranla mübarizə apardığımız zaman növbəti pandemiyaya hazırlaşmağımız vacibdir. Gəlin, Beynəlxalq epidemiyaya hazırlıq günündə bu məsələyə tələb etdiyi diqqəti verək və tələb etdiyi sərmayəni ayıraq”, - deyə A.Quterreş qeyd edib.

ABŞ-ın Cons Hopkins Universitetinin məlumatına görə, 2021-ci il dekabrın 26-dək dünyada koronavirusa 279 milyon yoluxma faktı qeydə alınıb. Ölənlərin sayı isə 5,3 milyon nəfərdən yuxarıdır.