Prezidentin qızının oğurladığı puldan daha 293 milyon dollar müsadirə olunur
Özbəkistanın Ədliyyə Nazirliyi İsveçrə Federal Məhkəməsinin mərhum keçmiş prezident İslam Kərimovun hazırda həbsdə olan qızı Gülnarə Kərimovanın offşor şirkətinin hesabında aşkarlanan 300 milyon dollara yaxın vəsaitin müsadirə edilməsinə dair qərarını alqışlayır.
YeniAvropa “Azadlıq” radiosunun özbək xidmətinə istinadən xəbər verir ki, həmin vəsait-293 milyon dollar əsas benefisiarı Gülnarə Kərimova olan “Takilant Ltd.” şirkətinin hesabında aşkarlanıb.
Nazirlik bəyan edir ki, İsveçrə məhkəməsinin bu qərarı həmin pulların Özbəkistana qaytarılmasında da sonrakı danışıqlar üçün imkanlar açır.
Bununla belə nazirlik qeyd edir ki, məhkəmənin qərarına əsasən 70 milyon dollar həqiqətən “Takilant Ltd.”-yə qaytarıla bilər. Hərçənd məhkəmənin qərarı yekun deyil və hökmdən şikayət vermək mümkündür.
Həmin hökm barədə İsveçrə mətbuatı ötən həftə yazıb. Bildirilirdi ki, ölkənin federal cinayət məhkəməsi Gülnarə Kərimova ilə bağlı şirkətin 293 milyon dollarını müsadirə etməyə qərar verib. Hibraltarda qeydiyyatdan keçmiş “Takilant Ltd.” şirkətinin İsveçrədə beş bank hesabı aşkarlanıb və həmin hesablarla bağlı neçə vaxtdır təhqiqat gedir. Şirkətdən müsadirə edilən pulların ümumi məbləği 350 milyon dollardır.
“Swissinfo” nəşri yazır ki, həmin vəsaitin əhəmiyyətli hissəsi müsadirə edilir, çünki həmin vəsait Gülnarə Kərimova və onun köməkçisi ilə əlaqəlidir. Bu şəxslər isə İsveçrədə çirkli pulların yuyulmasında təqsirli biliniblər. Amma məhkəmə hökmünə əsasən 70 milyon dollar “Takilant Ltd.” şirkətinə geri qaytarılmalıdır. Çünki istintaq bir neçə şirkətlə əlaqəli olan həmin vəsaitin cinayət yolu ilə əldə edildiyinə dair sübutlar tapa bilməyib.
Məhkəmənin şirkətə məxsus pulların əhəmiyyətli hissəsini müsadirə etməsinə baxmayaraq Gülnarə Kərimovanın vəkilləri bu qərarı “qismən qələbə” adlandırıblar. Vəkillər bildirirlər ki, məhkəmə onların müdafiə etdiyi şəxs barədə Özbəkistanda çıxarılmış hökmlərdən heç birini tanımayıb, çünki bu hökmlər Kərimovanın əsas insan haqlarının pozulması ilə çıxarılıb.
G.Kərimova barəsində Daşkənd məhkəməsi 2018-ci ildə 13 il 4 ay həbs qərarı verib, o hazırda Daşkənd vilayətindəki qadın həbsxanasında cəza çəkir. G.Kərimova korrupsiyada, çirkli pulların yuyulmasında, mütəşəkkil cinayətkar birlik yaratmaqda və digər əməllərdə təqsirli bilinib. Özbəkistan hakimiyyəti onun xarici bank hesablarındakı pulları ölkəyə qaytarmaq üçün mübarizə aparır, amma korrupsiya yolu ilə əldə edilərək xarici offşorlara daşınan pulları geri qaytarmaq hüquqi baxımdan heç də sadə məsələ deyil. G.Kərimovanın İsveçrədə dondurulan aktivlərinin ümumi dəyəri 800 milyon dollardan çoxdur.
"COP29" zamanı yeni marşrut və xüsusi avtobus xətləri təşkil ediləcək
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyasının X görüşü keçirilib
Milli Məclisin növbəti iclasında 16 məsələ müzakirə ediləcək
"COP29" zamanı bəzi yollarda məhdudiyyətlər tətbiq ediləcək
"COP29"a gələn əcnəbilərin sərhəddə yoxlanışı cəmi 45 saniyə sürəcək
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı keçiriləcək
Ərdoğan Qırğızıstana rəsmi səfərə gedir
Bakı-Şamaxı yolunun bir hissəsi təmirə başlanılıb
Tezliklə Bakıda "Sevinc Mall" ticarət mərkəzi fəaliyyətə başlayacaq
Sabah Bakıda 23° isti olacaq
İndiyədək 2 mindən çox “arzuolunmaz şəxs” Azərbaycana buraxılmayıb
Gələn il Azərbaycanda iqtisadi artım azalacaq-Taleh Kazımov
Bakı bulvarında gəmi gəzintisi bərpa edilib
140 milyon manatı ölkəyə qaytarmayan vəzifəli şəxslər məsuliyyətə cəlb edilib
Polşa Rusiya ilə sərhəddə istehkamlar tikməyə başlayıb
Azərbaycanın strateji valyuta ehtiyatları 73 milyard dollara çatır
İlham Əliyev Əlcəzairin prezidentini təbrik edib
Milli Məclisin bugünkü iclasında 9 məsələ müzakirə olunur
İlham Əliyev 2 ölkənin yeni səfirinin etimadnaməsini qəbul edib
Bakıda II “Sənaye Təhlükəsizliyi Zirvəsi” keçiriləcək
Milli Məclisdə Azərbaycan-Qırğızıstan əlaqələri müzakirə edilib
Azərbaycan nefti 73,85 dollara satılır
İlham Əliyev “28 May”da aparılan abadlıq işləri ilə tanış olub
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb
Dünya çempionatı: Daha bir boksçumuz qızıl medal üçün rinqə çıxacaq