logo

Keçmiş prezident 92 yaşında vəfat etdi

16:36 26-12-2021 | icon 4256
Keçmiş prezident 92 yaşında vəfat etdi

Yunanıstanın keçmiş prezidenti Karolos Papulyas bu gün 92 yaşında vəfat edib.

YeniAvropa xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıblar.

Bildirilib ki, Yunanıstanın tanınmış siyasətçisi olan K.Papulyas 2005-2015-ci illərdə ölkə prezidenti, Ümumyünan Sosialist Hərəkatı Partiyasının görkəmli nümayəndəsi, eləcə də iki dəfə xarici işlər naziri (1985-1989 və 1993-1996) olub.

O, 1929-cu il iyunun 4-də Yunanıstanın şimal-qərbindəki Yannina şəhərində anadan olub. İkinci Dünya Müharibəsi illərində yeniyetmə ikən müqavimət hərəkatında iştirak edib.

K.Papulyas ixtisasca hüquqşünas olub. Afina Universitetinin hüquq fakültəsini bitirdikdən sonra təhsilini Milan Universitetinin aspiranturasında davam etdirib, beynəlxalq özəl hüquq üzrə ixtisaslaşıb və Köln Universitetində doktorluq dissertasiyası müdafiə edib. 1963-1981-ci illərdə vəkillik fəaliyyəti ilə məşğul olub.

 Karolos Papulyas həm də Yunanıstanda faşistpərəst “qara polkovniklər” xuntasına qarşı mübarizənin (1967-1974) fəal iştirakçısı idi.