Gürcüstan parlamentinin sədri Kaxa Kuçava dekabrın 24-də vəzifəsindən istefa verib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının sədri İrakli Kobaxidze keçirdiyi brifinqdə bildirib.
O, K.Kuçavanın istefasının səbəbini açıqlamayıb və onun qərarının hakim komandada məyusluq yaratdığını vurğulayıb.
Qeyd edək ki, K.Kuçava bu ilin aprelin 27-də parlament sədri seçilmişdi.
Parlamentin yeni sədri vəzifəsinə Şalva Papuaşvilinin namizədliyi irəli sürülüb.