Dekabrın 23-də Rusiya prezidenti Vladimir Putin ənənəvi böyük mətbuat konfransı keçirəcək.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu il mətbuat konfransı əyani formatda təşkil olunub. “Manej” Sərgi Salonunda keçiriləcək tədbirə 507 jurnalist akkreditasiya alıb. Onların arasında xarici jurnalistlər də var.
Bu il Rusiya prezidenti 17-ci dəfə mətbuat konfransı keçirir.
Qeyd edək ki, ötən il jurnalistlərlə görüş koronavirus pandemiyası ilə əlaqədar onlayn formatda təşkil olunmuşdu.