Yanvarın 1-dən 10-dək Gürcüstanda qeyri-iş günləri olacaq.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib.
Qərara əsasən, dövlət qurumları yanvarın 1-dən 10-dək istirahət edəcəklər. Özəl sektor isə tətilə öz qərarı ilə çıxacaq.
Qeyd edək ki, Gürcüstan məktəblərində dekabrın 29-dan 2022-ci il yanvarın 18-dək tətil elan olunub.