Gələn həftədən etibarən Türkiyə istehsalı olan COVID-19-a qarşı TURKOVAC vaksininin geniş istifadəyə verilməsi planlaşdırılır.
YeniAvropa xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir Türkiyənin COVID-19-a qarşı vaksin istehsal edən doqquz ölkədən biri olduğunu deyib.