Bu gün FIFA 211 milli federasiyaların nümayəndələri ilə onlayn sammit keçirəcək.
YeniAvropa xəbər verir ki, bu barədə "Sky Sports" nəşri məlumat yayıb. Xəbərdə bildirilir ki, ali futbol qurumunun prezidenti Canni İnfantino dünya çempionatının 2 ildən bir keçirilməsi ideyası ilə bağlı federasiyalardan dəstək almaq istəyir.
İki gün davam edəcək toplantıda C.İnfantino ali futbol qurumu üçün əlavə gəlir mənbələri tapmağa çalışacaq.
Belə ki, nəşrin məlumatına görə, mundialların keçirildiyi illərdə FIFA-nın gəlirləri xeyli artır. Məsələn, "DÇ-2018"ə görə həmin il 4,6 milyard ABŞ dolları gəlir əldə edən təşkilat növbəti ildə cəmi 766 milyon dollar qazanıb.
Hazırda futbolçular ilin təxminən 50 gününü milli komandalarda keçirirlər. Bu isə o deməkdir ki, onlar vaxtlarının 80 faizində klubların düşərgəsində olurlar. FİFA islahatlar olacağı təqdirdə, bu bölgünü saxlamayacağına söz verib.
Qeyd edək k, daha əvvəl UEFA FIFA-nın ideyasına qarşı çıxıb.