Türkiyənin qadın voleybolçulardan ibarət "Vakıf Bank" komandası klublararası dünya çempionatının qalibi olub.
YeniAvropa xəbər verir ki, Ankarada təşkil olunan final matçında İtaliyanın "İmoco Volley" komandasına 3:2 hesabı ilə qalib gələn Türkiyə təmsilçisi dördüncü dəfə bu uğura imza atıb.
"Vakıf Bank" klubu 2013-cü, 2017-ci və 2018-ci illərdə də dünya çempionatının qalibi adını qazanıb.