Futbol üzrə son Avropa çempionu olan İtaliya və Amerika Kubokunun son qalibi Argentina yığmaları arasında keçiriləcək oyunun vaxtı və yeri dəqiqləşib.
YeniAvropa UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Finalissima" adı verilən qarşılaşma 2022-ci il iyunun 1-də İngiltərənin paytaxtı Londonda oynanılacaq.
Bu görüş Avropa futbol qurumu ilə Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində baş tutacaq. Tərəflər arasında 2028-ci ilədək imzalanmış müqavilədə Londonda iki qurumun ortaq ofisinin açılması da nəzərdə tutulub.