Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) hesabat-seçki Baş Məclisinin vaxtı dəqiqləşib.
YeniAvropa xəbər verir ki, bu barədə MOK-un Mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, seçki dekabrın 16-da onlayn formatda təşkil olunacaq.
Baş Məclisdə MOK-un rəhbər orqanlarına növbəti müddətə seçkilər baş tutacaq.
Qeyd edək ki, prezident İlham Əliyev MOK-a 1997-ci ildən rəhbərlik edir.