logo

UEFA Avropa Liqası: Pley-off mərhələsinin püşkü atılıb

15:51 13-12-2021 | icon 2940
UEFA Avropa Liqası: Pley-off mərhələsinin püşkü atılıb

Dekabrın 13-də futbol üzrə UEFA Avropa Liqasının 2021-2022-ci il mövsümünün onaltıdabir final mərhələsinin püşkü atılıb.

 YeniAvropa xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkatma mərasimində cütlüklər müəyyənləşib.

Püşkatmada qruplarda ilk iki yeri tutmuş 24 komanda ilə yanaşı, UEFA Çempionlar Liqasında qruplarda üçüncü yerləri tutan 8 komanda da iştirak edib. Onaltıdabir final mərhələsində UEFA Avropa Liqasında eyni qrupda yer almış komandalar, həmçinin eyni ölkənin təmsilçiləri rəqib ola bilməzlər.

Püşkatmanın nəticələri aşağıdakı kimidir:

“Sevilya” (İspaniya) – “Dinamo Zaqreb” (Xorvatiya);

“Atalanta” (İtaliya) - “Olimpiakos” (Yunanıstan);

“Leyptsiq” (Almaniya) - “Real Sosyedad” (İspaniya);

“Barselona” (İspaniya) - “Napoli” (İtaliya);

“Zenit” (Rusiya) – “Real Betis” (İspaniya);

“Borussiya Dortmund” (Almaniya) - “Qlazqo Reyncers” (Şotlandiya);

“Şerif” (Moldova) - “Braqa (Portuqaliya);

“Portu” (Portuqaliya) - “Latsio” (İtaliya).

Qeyd edək ki, UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları 2022-ci il fevralın 17-də cavab qarşılaşmaları isə bir həftə sonra keçiriləcək. Pley-off mərhələsinin qalibləri səkkizdəbir finalda UEFA Avropa Liqasının qrup mərhələsində qruplarda birinci yerləri tutan səkkiz komanda ilə qarşılaşaçaqlar. Qitənin ən nüfuzlu ikinci klub turnirinin final görüşü Sevilyadakı “Ramon Sançes Pisxuan” stadionunda oynanılacaq.