Azərbaycanda ilin ən yaxşı idmançısı müəyyənləşib.
YeniAvropa xəbər verir ki, bu , İdman Araşdırmalar Mərkəzinin "İlin Qalibləri-2021" layihəsində jurnalistlər arasında keçirdiyi sorğuya əsasən bəlli olub.
Avropa və dünya çempionu, "Tokio-2020" Yay Olimpiya Oyunlarının gümüş medalçısı karateçi İrina Zaretska 20 səslə bütün rəqiblərini qabaqlayıb. Yunan-Roma güləşçisi Rafiq Hüseynov 15 xalla ikinci olub. Para-atlet Lamiyə Vəliyeva 6, sərbəst güləşçi Hacı Əliyev 5, cüdoçu İrina Kindzerska 4, boksçu Alfonso Dominges 2, qadın güləşçi Mariya Stadnik isə 1 səs toplayıb.
Qeyd edək ki, "İlin Qalibləri-2021" layihəsinin baş sponsoru "Azfar Group", sponsoru Azərbaycanın ilk idman geyimi brendi "Il`Azero", təşkilati dəstəkçisi isə Bakı Olimpiya Stadionudur.