logo

Rüstəm Orucov Avropa Çempionlar Liqasının gümüş medalını qazanıb

15:55 12-12-2021 | icon 2856
Rüstəm Orucov Avropa Çempionlar Liqasının gümüş medalını qazanıb

Parisdə keçirilən cüdo üzrə klublar arasında Avropa Çempionlar Liqası başa çatıb.

YeniAvropa xəbər verir ki, yarışda Azərbaycan milli komandasının üzvü Rüstəm Orucov (73 kq) Serbiyanın “Red Star” klubunun heyətində gümüş medal qazanıb.

Qeyd edək ki, Rüstəm Orucov "Rio-2016" Olimpiadasının və dünya çempionatının gümüş mükafatçısı, həmçinin Avropa çempionudur.