Dekabrın 11-də Çexiyada cüdo üzrə klublar arasında Avropa Liqası yarışı start götürəcək.
YeniAvropa xəbər verir ki, turnirə Azərbaycan milli komandasının üç üzvü qatılacaq. Belə ki, Hidayət Heydərov (73 kq) Rusiyanın “Lokomotiv”, Zelim Tçkayev (81 kq) “Sorbis”, Zaur Dünyamalıyev (90 kq) Ukraynanın “Jc Spartakivets” klublarının heyətlərində çıxış edəcəklər.
Yarışda ümumilikdə 14 klub mübarizə aparacaq. Turnir bir gün davam edəcək.