“Qarabağ” klubunun UEFA Konfrans Liqasının "pley-off" mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
YeniAvropa xəbər verir ki, Ağdam təmsilçisi səkkizdəbir finala vəsiqə uğrunda UEFA Avropa Liqasında qrupları üçüncü pillədə başa vurmuş komandalardan biri ilə qarşılaşacaq.
Bunlar Çexiyanın “Sparta Praqa”, Niderlandın PSV, İngiltərənin “Lester Siti”, Türkiyənin “Fənərbağça”, Fransanın “Marsel”, Danimarkanın “Midtüllan”, Şotlandiyanın “Seltik” və Avstriyanın “Rapid Vyana” komandalarıdır.
Qeyd edək ki, "pley-off" mərhələsinin püşkü dekabrın 13-də atılacaq.
Oyunlar isə fevralın 17-də və 24-də keçiriləcək.