Dekabrın 10-da futbol üzrə Azərbaycan Kuboku uğrunda yarışın 2021-2022-ci il mövsümünə start veriləcək.
YeniAvropa xəbər verir ki, kubok uğrunda yarış səkkizdəbir final mərhələsinin görüşləri ilə başlayacaq. İlk oyun günündə iki qarşılaşma baş tutacaq. “Səbail” birinci divizion təmsilçisi “Zaqatala”nın, “Qəbələ” isə MOİK-in qonağı olacaq. Matçlar müvafiq olaraq, saat 14:00-da və 17:00-da başlayacaq.
Qeyd edək ki, səkkizdəbir finalın digər iki görüşü dekabrın 11-də oynanılacaq. Kubokun son qalibi “Keşlə” klubu “Qaradağ Lökbatan”ı, “Sabah” isə “Kəpəz”i qəbul edəcək. Bu mərhələ bir oyundan ibarət olacaq və qələbə qazanan komandalar dörddəbir finala yüksələcəklər.