logo

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinə yekun vurulacaq

12:24 09-12-2021 | icon 2702
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinə yekun vurulacaq

Dekabrın 9-da futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turunun oyunlarına start veriləcək.

YeniAvropa xəbər verir ki, 8 qrupda keçiriləcək 16 qarşılaşma ilə 2021-2022-ci illər mövsümün qrup mərhələsinə yekun vurulacaq.

Türkiyənin turnirdəki təmsilçilərindən “Qalatasaray” İtaliyada “Latsio”nun qonağı olacaq. Növbəti mərhələyə vəsiqəni təmin edən hər iki komanda qrup liderliyi uğrunda mübarizə aparacaq. İstanbul təmsilçisinə birbaşa səkkizdəbir finala çıxmaq üçün heç-heçə də kifayət edir. Pley-off mərhələsinə çıxmaq şansını itirən “Fənərbağça” isə Almaniyada D qrupunun lideri “Ayntraxt” komandasının qonağı olacaq.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın “Legiya” klubu C qrupundakı son sınağında “Spartak Moskva” komandasını qəbul edəcək. Digər görüşdə “Lester Siti” klubu İtaliyada “Napoli”nin qonağı olacaq. Varşava təmsilçisi qələbə qazanacağı halda digər görüşün nəticəsindən asılı olmayaraq növbəti mərhələyə yüksələcək.

Günün bütün görüşləri aşağıdakılardır:

A qrupu

“Sparta Praqa” (Çexiya) – “Bröndbü” (Danimarka);

“Lion” (Fransa) – “Qlazqo Reyncers” (Şotlandiya).

Qrupdakı vəziyyət: “Lion” - 15, “Qlazqo Reyncers” - 7, “Sparta Praqa” - 4, “Bröndbü” – 2.

B qrupu

“Şturm Qrats” (Avstriya) – “Monako” (Fransa);

“Real Sosyedad” (İspaniya) - PSV (Eyndhoven, Niderland).

Qrupdakı vəziyyət: “Monako” - 11, PSV - 8, “Real Sosyedad” - 6, “Şturm Qrats” - 1.

C qrupu

“Legiya” (Polşa) – “Spartak Moskva” (Rusiya);

“Napoli” (İtaliya) – “Lester Siti” (İngiltərə).

Qrupdakı vəziyyət: “Lester Siti” - 8, “Spartak Moskva” - 7, “Napoli” - 7, “Legiya” - 6.

D qrupu

“Antverpen” (Belçika) – “Olimpiakos” (Yunanıstan);

“Fənərbağça” (Türkiyə) – “Ayntraxt” (Frankfurt, Almaniya).

Qrupdakı vəziyyət: “Ayntraxt” - 11, “Olimpiakos” - 9, “Fənərbağça” - 5, “Antverpen” - 2.

E qrupu

“Marsel” (Fransa) – “Lokomotiv” (Moskva, Rusiya);

“Latsio” (İtaliya) – “Qalatasaray” (Türkiyə).

Qrupdakı vəziyyət: “Qalatasaray” - 11, “Latsio” - 8, “Marsel” - 4, “Lokomotiv” - 2.

F qrupu

“Braqa” (Portuqaliya) – “Srvena Zvezda” (Belqrad, Serbiya);

“Lüdoqorets” (Razqrad, Bolqarıstan) – “Midtüllan” (Danimarka).

Qrupdakı vəziyyət: “Srvena Zvezda” - 10, “Braqa” - 9, “Midtüllan” - 8, “Lüdoqorets” - 1.

G qrupu

“Ferentsvaroş” (Macarıstan) – “Bayer Leverkuzen” (Almaniya);

“Seltik” (Şotlandiya) – “Betis” (İspaniya).

Qrupdakı vəziyyət: “Bayer Leverkuzen” - 13, “Betis” - 10, “Seltik” - 6, “Ferentsvaroş” - 0

H qrupu

“Vest Hem Yunayted” (İngiltərə) – “Dinamo Zaqreb” (Xorvatiya);

“Genk” (Belçika) – “Rapid Vyana” (Avstriya).

Qrupdakı vəziyyət: “Vest Hem Yunayted” - 13, “Dinamo Zaqreb” - 7, “Genk” - 5, “Rapid” - 3.