Bayden administrasiyası bu həftə 2022-ci ildə Pekində keçiriləcək Qış Olimpiya Oyunlarını boykot edəcək.
YeniAvropa xəbər verir ki, bu barədə "CNN" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, bu, idmançılara şamil olunmayacaq və onlar Pekinə yollanacaqlar.
Telekanal iddia edir ki, Milli Təhlükəsizlik Şurası boykotu “özəl şəkildə” müzakirə edib. Şuranın nümayəndələri məlumatı şərh etməkdən imtina ediblər. Diplomatik boykot, yalnız ölkə rəsmilərinin Oyunlara getməkdən imtina etməsini nəzərdə tutur.