Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
YeniAvropa xəbər verir ki, tədbir saat 10:00-da Bulvar oteldə baş tutacaq.
Toplantının gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Azərbaycan milli komandasının baş məşqçisinin hesabatının dinlənilməsi və baş məşqçi məsələsi ilə bağlı müzakirə;
2. Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatların müzakirəsi (Texniki direktor Cahangir Həsənzadə tərəfindən təqdimat);
3. AFFA tərəfindən Gəncədə Futbol Akademiyasının inşasının təsdiqi;
4. Bölgələrdə futbol klublarına dəstək fondunun təsis olunması;
5. Digər məsələlər.