2022-ci il dünya çempionatının Avropa zonası üzrə pley-off oyunlarının başlama saatları müəyyənləşib.
YeniAvropa xəbər verir ki, Türkiyə millisi C blokunda Portuqaliya ilə yarımfinal görüşünü səfərdə keçirəcək. 2022-ci il martın 29-da gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Bu matçın qalibi İtaliya - Şimali Makedoniya oyununun qalibi ilə 29 mart saat 22:45-də öz meydanında finalda üz-üzə gələcək.
DÇ-2022, pley-off mərhələsi
Yarımfinal
24 mart
A bloku
23:45. Şotlandiya - Ukrayna
23:45. Uels - Avstriya
B bloku
21:00. Rusiya - Polşa
23:45. İsveç - Çexiya
C bloku
23:45. İtaliya - Şimali Makedoniya
23:45. Portuqaliya - Türkiyə
Final
29 mart
A bloku
22:45. Uels / Avstriya - Şotlandiya / Ukrayna
B bloku
22:45. Rusiya / Polşa - İsveç / Çexiya
C bloku
22:45. Portuqaliya / Türkiyə - İtaliya / Şimali Makedoniya
Martın sonuncu bazar günündə Avropada saat dəyişikliyi baş verəcəyindən, yarımfinal və final matçlarının Bakı vaxtı ilə başlama saatları fərqli göstərilib.
Qeyd edək ki, pley-off mərhələsində yarımfinal və final görüşlərindən sonra dünya çempionatına yollanacaq daha 3 yığma bəlli olacaq.