Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri növbəti oyuna təyinat alıblar.
Azərbaycan Hədbol Federasiyasından YeniAvropa-ya bildirilib ki,Emil və Ernest Ağakişi qardaşları Avropa Həndbol Federasiyasının kuboku uğrunda yarışda yenidən ölkəmizi təmsil edəcəklər. Təcrübəli referilər bu dəfə turnirin III mərhələsində “Beşiktaş” – “SKA Minsk” görüşündə söz sahibi olacaqlar.
Türkiyə və Belarusun kişi həndbolçulardan ibarət komandalarının oyunu noyabrın 28-də İstanbulun “Süleyman Seba Sport Haal” arenasında keçiriləcək.