Noyabrın 23-də futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura start veriləcək.
YeniAvropa xəbər verir ki, turun ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 qarşılaşma keçiriləcək.
E qrupunda pley-offa vəsiqəni ötən tur təmin etmiş Almaniyanın "Bavariya" klubu Ukraynada "Dinamo Kiyev" qonağı olacaq. "Barselona" isə İspaniyada Portuqaliyanın "Benfika" klubunu qəbul edəcək. Kataloniya təmsilçisi qalib gələcəyi halda, qrupdan pley-offa adlayan ikinci komanda olacaq.
E qrupu
"Dinamo Kiyev" (Ukrayna) - "Bavariya" (Almaniya);
"Barselona" (İspaniya) - "Benfika" (Portuqaliya).
Qrupdakı vəziyyət: "Bavariya" - 12, "Barselona" - 6, "Benfika" - 4, "Dinamo" - 1.
F qrupu
"Vilyarreal" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə);
"Yanq Boyz" (İsveçrə) - "Atalanta" (İtaliya).
Qrupdakı vəziyyət: "Mançester Yunayted" - 7, "Vilyarreal" - 7, "Atalanta" - 5, "Yanq Boyz" - 3.
G qrupu
"Lill" (Fransa) - "Zaltsburq" (Avstriya);
"Sevilya" (İspaniya) - "Volfsburq" (Almaniya).
Qrupdakı vəziyyət: "Zaltsburq" - 7, "Lill" - 5, "Volfsburq" - 5, "Sevilya" - 3.
H qrupu
"Malmö" (İsveç) - "Zenit" (Rusiya);
"Çelsi" (İngiltərə) - "Yuventus" (İtaliya).
Qrupdakı vəziyyət: "Yuventus" - 12, "Çelsi" - 9, "Zenit" - 3, "Malmö" - 0.
Görüşlərdən “Barselona” (İspaniya) – “Benfika” (Portuqaliya) və “Vilyarreal” – “Mançester Yunayted” qarşılaşmaları Bakı vaxtı ilə saat 21:45-də, digər oyunlar isə saat 00:00-da başlayacaq.
Qeyd edək ki, hələlik “Bavariya” və “Yuventus” ilə yanaşı, “Liverpul” və “Ayaks" klublarının da pley-offa vəsiqə qazanması dəqiqləşib.