Xanlar Fətiyev yenidən prezident oldu
Noyabrın 18-də Gənclər və İdman Nazirliyində Azərbaycan Üzgüçülük Federasiyasının hesabat-seçki yığıncağı keçirilib.
YeniAvropa xəbər verir ki, konfransda gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev, eləcə də idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Hesabat-seçki yığıncağında Azərbaycan Üzgüçülük Federasiyasının rəhbərliyinə yeni seçkilər keçirilib. Səsvermə nəticəsində Xanlar Fətiyev yenidən federasiyanın prezidenti seçilib.
Tədbirdə çıxış edən Ç.Hüseynzadə federasiyanın fəaliyyətinin ötən dövrdə qənaətbəxş olduğunu bildirib. Federasiyanın fəaliyyətində gender bərabərliyinə də diqqət yetirilməsinin vacibliyini vurğulayan Ç.Hüseynzadə deyib: “Gender bərabərliyinin təmin olunması ilə bağlı işlərin görülməsi vacibdir. Digər məsələ isə federasiyanın adı ilə bağlıdır. Üzgüçülük Federasiyasına suyatullanma, sinxron üzgüçülük və digər növlər daxildir. Buna görə federasiyanın adının da uyğun seçilməsi tövsiyə edilir”.
Xanlar Fətiyev çıxış edərək qarşıda idmançılarımızı bir sıra nüfuzlu yarışların, o cümlədən Olimpiya Oyunlarının gözlədiyini bildirib. O, gələcəkdə daha böyük uğurların qazanılması üçün lazımi işlərin görüləcəyini vurğulayıb. Federasiya prezidenti iclasda qaldırılan məsələlərin yerinə yetirilməsi üçün səylə çalışacaqlarını qeyd edib.
Qeyd edək ki, Xanlar Fətiyev son iki çağırış Milli Məclisinin deputatı olub. Bundan əlavə o, Gəncə Futbol Federasiyasının sədri, 2004-cü ildən isə Gəncə avtomobil zavodunun direktoru vəzifəsində işləyir.
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb
"Yelo Bank" yüksək faizli depozit təklif edir!
OPEC Fondu Azərbaycana yaşıl enerji keçidində dəstək verməyə hazırdır