DÇ-2022: Türkiyə Monteneqronu məğlub edib “pley-off”a vəsiqə qazandı
Noyabrın 16-da 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinə yekun vurulub.
YeniAvropa xəbər verir ki, X turun son oyun günündə D, E, və G qruplarında ümumilikdə 7 görüş baş tutub. Bununla da Avropadan final mərhələsinə və pley-offa vəsiqə qazanan son komandalar bəlli olub.
Gecənin ən maraqlı oyunları G qrupunda oynanılıb. İyirmi xalla qrupa başçılıq edən Niderland millisi doğma meydandan on doqquz xala malik Norveçi seçməsini sınağa çəkib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
"Narıncılar"ın qollarına Stiven Berqveyn və seçmə mərhələnin ən məhsuldar futbolçusu Menfis Depay imza atıb.
Digər önəmli matçda isə Türkiyə yığması səfərdə Monteneqro ilə qarşılaşıb.
Oyunda hesabı erkən qolla (Fatos Beçiray, 4-cu dəqiqə) monteneqrolılar açsada, 22-ci və 60-cı dəqiqələrdə "ay-ulduzlu"lar ardıcıl iki dəfə fərqlənərək vacib üç xalı qazanıb. Qolları müvafiq olaraq Kerem Aktürkoğlu və Orkun Kökçü vurub.
D qrupunda 2-ci yer uğrunda mübarizə aparan Finlandiya millisi Fransanı qəbul edib. Didye Deşamın baş məşqçi olduğu komanda mundiala vəsiqəni təmin etdiyindən qarşılaşma qonaqlar üçün elə də önəm kəsb etmirdi. Meydan sahibləri isə pley-offa çıxmaq üçün evdə ən azından uduzmamalıydı. Buna baxmayaraq fransalılar son turda da qələbə qazanıb - 2:0.
Qrupun digər oyununda Ukrayna seçməsi Bosniya və Herseqovinanın qonağı olub. Gərgin keçən görüşdə qonaqlar üstün olub - 0:2.
Bu nəticədən sonra Aleksandr Petrakovun rəhbərlik etdiyi kollektiv pley-offa adlayıb.
Gecənin bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:
D qrupu
Finlandiya – Fransa - 0:2.
Bosniya və Herseqovina – Ukrayna - 0:2.
Qrupdakı vəziyyət: Fransa - 18, Ukrayna - 12, Finlandiya - 11, Bosniya və Herseqovina - 7, Qazaxıstan - 3.
E qrupu
Uels – Belçika - 1:1.
Çexiya – Estoniya -2:0.
Qrupdakı vəziyyət: Belçika - 20, Uels - 15, Çexiya - 14, Estoniya - 4, Belarus - 3.
G qrupu
Cəbəllütariq – Latviya - 1:3;
Monteneqro - Türkiyə - 1:2;
Niderland – Norveç - 2:0.
Qrupdakı vəziyyət: Niderland - 23, Türkiyə - 21, Norveç - 18, Monteneqro - 12, Latviya - 9, Cəbəllütariq - 0.
Qeyd edək ki, daha əvvəl Avropa zonasından Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, Serbiya, İspaniya, İngiltərə və İsveçrə yığmaları DÇ-2022-yə vəsiqə qazanıb. Pley-off mərhələsində isə hələlik Portuqaliya, İsveç, Şotlandiya, Rusiya, Şimali Makedoniya, İtaliya və Polşa millilərinin çıxış edəcəkləri dəqiqləşib.
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb
"Yelo Bank" yüksək faizli depozit təklif edir!
OPEC Fondu Azərbaycana yaşıl enerji keçidində dəstək verməyə hazırdır
“Troyka” ölkələrinin QHT-ləri ilk dəfə birgə forum keçirib
Sabah Bakıda 15° isti olacaq