Ölkəmizdə cüdonun inkişafı ilə bağlı son illər kifayət qədər böyük uğurlarımız var. İdmançılarımız Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında parlaq nailiyyətlər qazanıblar. Ən ümdə vəzifəmiz bu uğurları daha da inkişaf etdirməkdir. Bunun üçün əvvəlcə qısa və uzun müddətli hədəflər müəyyən edilməli, bu hədəflərdən irəli gələn strategiya müəyyənləşdirib addımlar atılmalıdır.
YeniAvropa xəbər verir ki, bu fikri Azərbaycan Cüdo Federasiyasının yeni prezidenti Rəşad Nəbiyev jurnalistlərə müsahibəsində deyib.
Federasiya prezidenti qarşıda idmançılarımızı bir sıra nüfuzlu idman yarışlarının, o cümlədən Olimpiya Oyunlarının gözlədiyini bildirərək, gələcəkdə daha böyük uğurların qazanılması üçün lazımi işlərin görüləcəyini vurğulayıb.