logo

“Araz-Naxçıvan” – “Liqeni” oyununda qalib müəyyənləşməyib

20:20 31-10-2021 | icon 2842
“Araz-Naxçıvan” – “Liqeni” oyununda qalib müəyyənləşməyib

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparan “Araz-Naxçıvan” bu gün qrupda sonuncu oyununu keçirib.

YeniAvropa xəbər verir ki, təmsilçimiz Kosovanın “Liqeni” komandası ilə qarşılaşıb. Qarşılaşma 6:6 hesablı heç-heçə başa çatıb.

İsa Atayevin dubl etdiyi oyunda “Araz-Naxçıvan”ın digər qollarını Felipinyo, Maneka, Ramiz Çovdarov və David Qustavo vurublar.

Bu heç-heçədən sonra xallarını 4-ə çatdıran Azərbaycan çempionu qrupu ikinci pillədə başa vurub. Eyni xala malik "Liqeni" isə üçüncü olub. Ukraynanın "Uraqan" komandası isə qrup lideri kimi turnirin növbəti mərhələsinə vəsiqə qazanıb.