logo

Çavuşoğlu Lavrovla Qarabağı  müzakirə edib

21:31 30-10-2021 | icon 2394
Çavuşoğlu Lavrovla Qarabağı  müzakirə edib

Oktyabrın 30-da Romada keçirilən "G20" sammiti çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, söhbət zamanı əsas diqqət Balkanlarda və Cənubi Qafqazda vəziyyətin daha da sabitləşdirilməsi üçün iki ölkənin səylərinin əlaqələndirilməsinə yönəldilib. Bosniya nizamlanmasının təşviqi üçün birgə addımların, o cümlədən çoxtərəfli formatların istifadəsi ilə mümkünlüyü müzakirə edildi.

İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunmasının və Cənubi Qafqazda qarşılıqlı faydalı infrastruktur layihələrinin təşviqi məqsədilə “3+3” regional mexanizminin işə salınmasının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Beynəlxalq gündəlikdəki bir sıra məsələlərə və ikitərəfli münasibətlərin əsas aspektlərinə toxunulub.