logo

Ərdoğanın Romada dövlət və hökumət başçıları ilə görüşləri davam edir

19:20 30-10-2021 | icon 2352
Ərdoğanın Romada dövlət və hökumət başçıları ilə görüşləri davam edir

İtaliyanın “Böyük iyirmiliyə” (G20) sədrliyi çərçivəsində oktyabrın 30-da Romada işə başlayan "G20" Liderlərinin Sammitində iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə görüşləri davam edir.

 YeniAvropa xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan sammit çərçivəsində Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen, İtaliyanın baş naziri Mario Draqi, Niderlandın baş naziri Mark Rutte və İndoneziya prezidenti Coko Vidodo ilə görüşüb.

Türkiyə prezidenti, həmçinin "G20" liderləri üçün təşkil ediləcək mədəni proqrama və İtaliya Prezidenti Sercio Mattarellanın adından şam yeməyinə qatılacaq.

Oktyabrın 31-də isə Rəcəb Tayyib Ərdoğan Romanın Nuvola Konqres Mərkəzində keçirilən sammitin “İqlim dəyişikliyi və ətraf mühit” və “Dayanıqlı inkişaf” adlı sessiyalarında iştirak edəcək.