Ərdoğan "G20" liderlərinin sammiti çərçivəsində Romada silsilə görüşlər keçirəcək
“Böyük iyirmilik” (G20) ölkələrinin liderləri qlobal problemləri müzakirə etmək üçün Romada toplaşıblar.
YeniAvropa xəbər verir ki, İtaliyanın “Böyük iyirmiliyə” sədrliyi çərçivəsində oktyabrın 30-31-də Romada "G20" liderlərinin sammiti başlayır. Nuvola Konqres Mərkəzində keçiriləcək sammitdə 35 ölkə və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı gözlənilir.
Dünyanın aparıcı 20 iqtisadiyyatının liderləri sayca 16-cı sammitdə ikiillik fasilədən sonra ilk dəfə üzbəüz müzakirələr aparacaqlar. Rusiya, Çin, Yaponiya və Meksika kimi ölkələrin liderləri sammitə videobağlantı yolu ilə qoşulacaqlar.
Romaya səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sammit çərçivəsində müxtəlif görüşlər keçirəcəyi gözlənilir. ABŞ prezidenti Co Bayden İtaliyaya səfəri çərçivəsində ikitərəfli görüşlər keçirib. Hindistanın baş naziri Narendra Modi, Koreya Respublikasının prezidenti Mun Ce-in və Fransa prezidenti Emmanuel Makron Romaya ilk gələn liderlərdəndir.
Liderlər iqlim dəyişikliyi ilə mübarizə, COVID-19 pandemiyasından sonra iqtisadiyyatın bərpası, rəqəmsal iqtisadiyyatın vergiyə cəlb olunması və Əfqanıstanla bağlı məsələləri müzakirə edəcəklər. Sammitdə, həmçinin bərabərsizliklərlə mübarizə, qadınların səlahiyyətlərinin artırılması, enerjidə transformasiyanın sürətləndirilməsi və qlobal ticarət sistemində şəffaflıq kimi məsələlər nəzərdən keçiriləcək.
Sammit “Dünya iqtisadiyyatı və qlobal səhiyyə”, “İqlim dəyişikliyi və ətraf mühit” və “Dayanıqlı inkişaf” mövzularında üç sessiyadan ibarət olacaq. İtaliyanın Baş naziri Mario Draqi sammitə gələn bütün liderləri qarşılayacaq, Zirvə görüşünün ilk iclasından əvvəl birgə foto çəkdiriləcək. Liderlər üçün xüsusi mədəni proqram hazırlanıb, həmçinin İtaliya Prezidenti Sercio Mattarellanın adından şam yeməyi veriləcək. Sonuncu sessiyasından sonra mətbuat konfransı keçiriləcək.
İtaliya sammitlə bağlı əlaqədar sərhəddə nəzarət tədbirlərini gücləndirib, Romada 5300 polis təhlükəsizliyə cavabdeh olacaq. Mühafizəçilərin sayının 8-10 min civarında olacağı bildirilib.
"COP29" zamanı yeni marşrut və xüsusi avtobus xətləri təşkil ediləcək
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyasının X görüşü keçirilib
Milli Məclisin növbəti iclasında 16 məsələ müzakirə ediləcək
"COP29" zamanı bəzi yollarda məhdudiyyətlər tətbiq ediləcək
"COP29"a gələn əcnəbilərin sərhəddə yoxlanışı cəmi 45 saniyə sürəcək
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı keçiriləcək
Ərdoğan Qırğızıstana rəsmi səfərə gedir
Bakı-Şamaxı yolunun bir hissəsi təmirə başlanılıb
Tezliklə Bakıda "Sevinc Mall" ticarət mərkəzi fəaliyyətə başlayacaq
Sabah Bakıda 23° isti olacaq
İndiyədək 2 mindən çox “arzuolunmaz şəxs” Azərbaycana buraxılmayıb
Gələn il Azərbaycanda iqtisadi artım azalacaq-Taleh Kazımov
Bakı bulvarında gəmi gəzintisi bərpa edilib
140 milyon manatı ölkəyə qaytarmayan vəzifəli şəxslər məsuliyyətə cəlb edilib
Polşa Rusiya ilə sərhəddə istehkamlar tikməyə başlayıb
Azərbaycanın strateji valyuta ehtiyatları 73 milyard dollara çatır
İlham Əliyev Əlcəzairin prezidentini təbrik edib
Milli Məclisin bugünkü iclasında 9 məsələ müzakirə olunur
İlham Əliyev 2 ölkənin yeni səfirinin etimadnaməsini qəbul edib
Bakıda II “Sənaye Təhlükəsizliyi Zirvəsi” keçiriləcək
Milli Məclisdə Azərbaycan-Qırğızıstan əlaqələri müzakirə edilib
Azərbaycan nefti 73,85 dollara satılır
İlham Əliyev “28 May”da aparılan abadlıq işləri ilə tanış olub
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb
Dünya çempionatı: Daha bir boksçumuz qızıl medal üçün rinqə çıxacaq