Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatı davam edir.
YeniAvropa xəbər verir ki, çempionatın beşinci günündə Azərbaycan millisinin iki üzvü rinqə çıxıb. İlk görüşdə Çarles Petit-Hommu (Haiti) mübarizədən kənarlaşdıran Tayfur Əliyev (60 kq) on altıdabir finalda italiyalı Simone Spada ilə üz-üzə gəlib. Boksçumuz bu dueldən də qalib ayrılıb. O, rəqibini 5:0 hesabı ilə məğlub edib. T.Əliyev səkkizdəbir finalda Arslan Xatayevlə (Finlandiya) qarşılaşacaq. Görüş oktyabrın 31-də olacaq.
Onun qardaşı Sərxan Əliyev də dünya çempionatına qələbə ilə başlayıb. Belə ki, 71 kiloqram çəkidə rinqə çıxan boksçu Stefen Nevnsi (Şotlandiya) məğlub edib – 5:0. Səkkizdəbir finalda onun rəqibi yaponiyalı Yuta Akiyama olacaq. Bu görüş də oktyabrın 31-də olacaq.