Azərbaycan boksçusu Tayfur Əliyev Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında 1/16 final görüşünə çıxıb.
YeniAvropa xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən boksçumuzun rəqibi italiyalı Simone Spada olub. Tayfur Əliyev 5:0 hesabı ilə qalib gələrək, növbəti mərhələyə yüksəlib. Onun 1/8 finalda rəqibi Finlandiya təmsilçisi Arslan Xatayev olacaq.
xatırladaq ki, T.Əliyev 1/32 final mərhələsində haitili Çarles Petit-Hommudan üstün olmuşdu..
Qeyd edək ki, bu gün Azərbaycanın daha bir boksçusu Sərxan Əliyev 71 kq çəkidə 1/16 final görüşünü keçirəcək. Onun rəqibi şotlandiyalı Stiven Nyuns olacaq.