logo

Saakaşvilinin ekstradisiyası ilə bağlı danışıqlar aparılmır

21:33 29-10-2021 | icon 2548
Saakaşvilinin ekstradisiyası ilə bağlı danışıqlar aparılmır

Gürcüstan Xarici İşlər Nazirliyi(XİN) eks-prezident Mixail Saakaşvilinin ekstradisiyası məsələsi ilə bağlı Ukrayna tərəfi ilə danışıqların aparılması barədə məlumatı təkzib edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu gün Ukrayna Ali Radasının deputatı Yuliya Klimenko gürcü jurnalistlərə bildirib ki, M.Saakaşvilinin Ukraynaya qaytarılması ilə bağlı diplomatik səviyyədə danışıqlar davam edir.

 
"Biz tam məsuliyyətlə bəyan edirik ki, məsələnin diplomatik yollarla Ukrayna tərəfi ilə müzakirə edilməsi barədə məlumat doğru deyil", - deyə Gürcüstan XİN-nin yaydığı məlumatda bildirilir. 
 
 
Nazirliyin məlumatında xüsusi vurğulanır ki, M.Saakaşvilinin Ukraynaya ekstradisiyası ilə bağlı əvvəllər danışıqlar aparılmayıb və hazırda da bu məsələ müzakirə olunmur.