Gürcüstanda bəzi qüvvələr dövlət çevrilişinə hazırlıqla bağlı planlar hazırlayıblar.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki,bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) keçirilən brifinqdə bildirilib.
Qeyd olunub ki, sabiq prezident Mixeil Saakaşvilinin tərəfdarları ölkədə dövlət əleyhinə hərəkətlər həyata keçirmək niyyətində olublar. Bu qüvvələr sabiq dövlət başçısının xəstəxanaya və ya digər həbsxanaya köçürüləcəyi halda yolları bağlamaq, xaos və nəzarət olunmayacaq vəziyyət yaratmaq barədə planlar hazırlayıblar.
DTX bu planların müzakirə olunduğunu sübut edən səs yazısı da təqdim edib.
Faktla bağlı Cinayət Məcəlləsinin Konstitusiya quruluşunun zorla dəyişdirilməsi, dövlət çevrilişi, hakimiyyətin ələ keçirilməsinə yönələn hərəkətlər maddəsi üzrə cinayət işi açılıb, istintaq aparılır.