logo

Ərdoğan İtaliyaya və Böyük Britaniyaya səfər edəcək

20:58 28-10-2021 | icon 2107
Ərdoğan İtaliyaya və Böyük Britaniyaya səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyaya və Böyük Britaniyaya səfər edəcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Bildirilib ki, 30-31 oktyabr tarixlərində İtaliyaya səfəri zamanı Türkiyə prezidenti "Böyük iyirmilik" (G20) sammitində iştirak edəcək.

1-2 noyabr tarixlərində isə dövlət başçısı Qlazqoda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransında iştirak etmək üçün Böyük Britaniyada səfərdə olacaq.