logo

Məşhur futbolçu Devid Bekhem  "DÇ-2022"nin reklam siması olacaq

19:28 28-10-2021 | icon 2982
Məşhur futbolçu Devid Bekhem  "DÇ-2022"nin reklam siması olacaq

Futbol dünyasının canlı əfsanələrindən sayılan britaniyalı Devid Bekhem 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının reklam siması olacaq.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki,bununla bağlı Dohada D.Bekhem ilə Qətər Futbol Federasiyası arasında müqavilə imzalanıb.

Müqaviləyə əsasən, 46 yaşlı D.Bekhem on il ərzində Qətərin futbol səfiri kimi ölkənin turizm potensialının və mədəniyyətinin təbliğində fəal rol oynayacaq.

Sabiq futbolçunun bu müqavilə ilə 150 milyon funt-sterlinq gəlir əldə edəcəyi gözlənilir.

D.Bekhemin Qətər Dövləti ilə əməkdaşlığı 2013-cü ildə “Paris Sen-Jermen” klubunda çıxış etdiyi dövrdə başlayıb.