Türkiyənin müdafiə sənayesində milli texnologiyalar önçüsü olan "Bayraktar TB2" pilotsuz uçuş aparatları artıq dünyanın 13 ölkəsinə ixrac ediləcək.
YeniAvropa xəbər verir ki, bu barədə “Baykar” şirkətinin rəsmi "Twitter" hesabında məlumat yerləşdirilib.
Paylaşımda şirkətin daha bir ölkə ilə anlaşma imzaladığı qeyd edilib.
"Bayraktar TB2" PUA-larınınixrac edildiyi ölkələrin adlarının açıqlanmasa da, yeni anlaşma ilə bu dövlətlərin sayının 13-ə çatdığı bildirilir.