logo

Avropanın ən böyük yük maşınları istehsalçısı fəaliyyətini dayandırır

22:44 30-08-2021 | icon 3241
Avropanın ən böyük yük maşınları istehsalçısı fəaliyyətini dayandırır

Dünya bazarında yarımkeçirici çatışmazlığı səbəbindən, İsveçin avtobus və yük maşınları istehsalçısı “Scania” fəaliyyətini müvəqqəti dayandıracaq.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, Avropa qitəsində ən böyük avtobus və yük maşını istehsalçılarından sayılan “Scania”, bu həftə qitədəki fabriklərində istehsalın dayandıracağını elan edib.

Ötən il qlobal prosessor çatışmazlığı bir çox sahədə istehsalda ciddi gecikməyə səbəb olub və avtomobil istehsalının azalmasına səbəb olub.