logo

Taliblər Əfqanıstanın məşhur müğənnisi qətlə yetirdilər

12:10 29-08-2021 | icon 3444
Taliblər Əfqanıstanın məşhur müğənnisi qətlə yetirdilər

Əfqanıstanda xalq mahnılarının məşhur ifaçısı Fevad Andarabi "Taliban" silahlıları tərəfindən öldürülüb.

YeniAvropa xəbər verir ki, bu barədə "Times Now" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, müğənni Bağlan əyalətindəki evindən çıxarılaraq güllələnib. Mərhumun oğlu hadisə ilə bağlı məlumatı təsdiqləyib.

İfaçı mahnılarında "Taliban" əleyhdarlarını dəstəkləyib və hərəkatı qınayıb.