logo

Sabah Qazaxıstanda ümummilli matəm günü elan edilib

10:20 28-08-2021 | icon 3171
Sabah Qazaxıstanda ümummilli matəm günü elan edilib

Avqustun 29-u Qazaxıstanın Cambıl vilayətində hərbi hissənin anbarlarında baş verən partlayışlar nəticəsində həlak olanlara görə ümummilli matəm günü elan edilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev müvafiq sərəncam imzalayıb.

Dövlət başçısı şəhid olan əsgər və xilasedicilərin əsl qəhrəmanlıq və fədakarlıq nümayiş etdirdiklərini və xalqın yaddaşında əbədi olaraq qalacaqlarını vurğulayıb.

Xatırladaq ki, Cambıl vilayətində bir hərbi hissənin anbarlarında baş verən partlayış nəticəsində 13 nəfər həlak olub.