logo

Müdafiə naziri istefa verdi

11:55 27-08-2021 | icon 2905
Müdafiə naziri istefa verdi

Qazaxıstanın müdafiə naziri Nurlan Yerekbayev ölkənin Jambıl vilayətində yerləşən hərbi anbarda ötən gün baş vermiş partlayışa görə istefa verdiyini bəyan edib.

YeniAvropa "Sputnik Kazaxstan"a istinadla xəbər verir  ki, nazir bu barədə qərarını bu gün keçirdiyi brifinqdə  jurnalistlərə açıqlayıb.

“İndi mənim başlıca məqsədim baş vermiş hadisənin nəticələrinin tezliklə aradan qaldırılmasıdır. Əgər sizi istefa maraqlandırırsa mən partlayışlar barədə xəbəri alan kimi özüm üçün belə qərar qəbul etmişəm. Mən istefamı xahiş edəcəyəm-qərarı vermək ölkə rəhbərliyinin üzərindədir”,- deyə nazir bildirib.

 Qeyd edə ki,  58 yaşlı N.Yermekbayev 2018-ci ilin avqustunda ölkənin müdafiə naziri təyin olunub. 

Xatırladaq ki, hərbi anbarda baş vermiş partlayış nəticəsində 4 hərbi qulluqçu həlak olub, daha bir neçəsi itkin düşmüş sayılır. 90-a yaxın adam yaralanıb. Partlayışın səbəbi məlum deyil, ancaq ehtiyatsızlıq, səhlənkarlıq kimi ehtimallarla yanaşı diversiya da istisna edilmir. Qazaxıstan Müdafiə Nazirliyi bildirib ki, hərbi anbarda əsasən istehkam təyinatlı sursatlar saxlanılırdı və onların radiusu böyük deyildi. Anbarda 500 tondan trotilin saxlanıldığı açıqlanıb.