Qazaxıstanın Cambıl vilayətinin Bayzak rayonunda yerləşən hərbi hissənin anbarlarından birinin yaxınlığında yanğın olub.
YeniAvropa yerli KİV-ə istinadən xəbər verir ki, yanğın naməlum obyektlərin partlaması ilə nəticələnib.
Alovun söndürülməsinə yanğınsöndürmə briqadaları cəlb edilib.
Qazaxıstanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, onlara Fövqəladə Hallar Nazirliyinin Cambıl vilayətindəki yanğınsöndürmə briqadaları kömək edir.
Son məlumata görə, partlayış nəticəsində 60-dək insan müxtəlif dərəcəli xəsarətlər alıb.
Yanğın səbəbi müəyyənləşdirilir.