logo

Rusiya-Türkiyə münasibətlərində  fikir ayrılıqları da var- Peskov

16:10 25-08-2021 | icon 4564
Rusiya-Türkiyə münasibətlərində  fikir ayrılıqları da var- Peskov

Rusiya-Türkiyə münasibətləri ümumilikdə tərəfdaşlıq xarakter daşıyır.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

O qeyd edib ki, iki ölkə arasında münasibətlər möhkəm təmələ əsaslanan, real ticarət, iqtisadi və investisiya əməkdaşlığına söykənən tərəfdaşlıq xarakteri daşıyır.

Rusiya prezidentinin mətbuat katibi deyib ki, bu, münasibətlərdə fikir ayrılıqlarının olmadığı anlamına da gəlmir.