logo

Əfqanıstanın keçmiş naziri Almaniyada kuryer işləyir

10:10 23-08-2021 | icon 2793
Əfqanıstanın keçmiş naziri Almaniyada kuryer işləyir

Əfqanıstanın keçmiş kommunikasiya naziri Seyid Ahmad Şah Sadat hazırda Almaniyanın Leypsiq şəhərində velokuryer kimi çalışır.

 YeniAvropa  "Haber Global"a istinadən xəbər verir ki, sabiq məmur "Leipziger Volkszeitung"a müsahibə verib.

O, indi sadə həyat tərzi yaşadığını bildirib.

Qeyd edək ki, Sadat 2018-ci ilədək Əfqanıstan hökumətinin üzvü olub.